Reanimasiyada olan xəstələrin sayı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 31-nə olan statistik göstəriciləri açıqlayıb.
 
Yenicag.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 2 054 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 141 nəfər reanimasiyada, 13 nəfər isə süni tənəffüs cihazındadır.
Ümumilikdə 36 435 nəfər virusa yoluxub, 33 847 nəfər sağalıb, 534 nəfər vəfat edib.
Bu gün 5 042 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 922 069 test aparılıb.
Qeyd edək ki, bu gün 126 koronavirusa yoluxma faktı qeydə alınıb, 144 nəfər sağalıb, 3 nəfər ölüb.