Reanimasiyaya yerləşdirilən meyxanaçının SON DURUMU: “Qəfildən halı pisləşdi və…”

İnsult diaqnozu ilə Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilən tanınmış meyxanaçı Kərimin vəziyyəti ağır olaraq qalır.

Bu barədə Yeniçağ.az-a meyxanaçının yaxın dostu Ağamirzə məlumat verib:

“Dünən yanındaydım, vəziyyəti yaxşı deyil. Huşu özündədi. Amma həkimlər danışmağa və hərəkət etməsinə icazə vermir. Deyirlər, hələ bir müddət reanimasiyada qalacaq”.

Ağamirzə dostunun səhhətinin bir müddət öncə pisləşdiyini bildirib:

“Sən demə, çoxdan beyninə qan sızıbmış, səhlənkarlıq edib, həkimə getməyib. Qəfildən halı pisləşdi və xəstəxanaya yerləşdirməli oldular. Bilmirəm, amma bəlkə də əsəbiləşib, stress keçirib, inşallah yaxşı olar”.

Cəvahir Səlimqızı

Yeniçağ.az