Reanimasiyaya yerləşdirilən Xalq artistinin qızı: “Atam ölümdən döndü”

Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilov kritik durumu adladıb. Sənətçi reanimasiyadan palataya köçürülüb.

Bu barədə qarmon ifaçısının qızı Həcər İsrafilova Yenicag.az-a açıqlamasında deyib.

O, atasının müalicəsinin həkim nəzarəti altında davam etdiriləcəyini bildirib:

“Göydə Allah, yerdə həkimlərin sayəsində atam ölümdən döndü. Dünəndən palataya köçürülüb. Müalicələri davam edir. Evə nə vaxt buraxılacağını bilmirik. Həkimlər hələ qərar verməyib. Bu, atamın müalicəyə reaksiya prosesindən asılı olacaq”.

Cəvahir