Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinada ikigünlük rəsmi səfərə yollanıb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Milorad Dodiklə görüşüb.
Görüş təxminən bir saat davam edib və mətbuata qapalı keçirilib.
Bundan başqa bir sıra bosniyalı yüksək çinli məmurla görüşələr keçirilib.
Görüşlər zamanı iki ölkə arasındkı münasibətlər müzakirə edilib.