Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tiflis-Qars dəmir yolunun açılışında iştirak edəcək.
Yenicag.az xəbər verir ki, prezident Ərdoğan bu barədə “Space” telekanalının Türkiyə müxbiri Vüsalə Abbasovanın BTQ ilə bağlı sualına cavabında danışıb.
Ərdoğan BTQ-nin açılış mərasimində iştirak etmək üçün bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib:
“Mən bu layihənin uğuruna inandım və nəticə də göz önündədir. İnşallah, bu ayın sonu açılış üçün Bakıya gələcəyik, iki günümüzü o işə ayırdıq”.