!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəcəb Tayyib Ərdoğan generalı yerində oturtdu – VİDEO

!Reklam – Yazi

405495148Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Göktürk-1” peykinin orbitə çıxarılması mərasimindəki çıxışında Kayseridəki “təyyarə məzarlığı”ndan bəhs edərək, Hərbi-Hava Qüvvələrinin komandanı Abidin Ünalı hədəfə götürdü.

Yeniçağ.Az türk mediasına istinadən xəbər verir ki, R.T.Ərdoğan çıxışında təyyarə, silah istehsalından imtina olunaraq, hazır məhsul alınması yolunun seçilməsini tənqid edib: “Keçmişdə təyyarə, silah, motor zavodlarımızı bağlayıb hazır məhsul alınmasına yönəlmiş düşüncənin tələsinə bir də düşməməliyik. Bilirsinizmi ki, Kayseri təyyarə məzarlığıdır? İstehsal olunmuş təyyarələri orada basdırıblar”.

Qeyd edilir ki, əslində, bu fikirlərin hədəfi R.T.Ərdoğan danışarkən ön sırada oturan Hərbi-Hava Qüvvələrinin komandanı Abidin Ünal olub. Bunun səbəbi də göstərilir. Xatırladılır ki, R.T.Ərdoğan bu il oktyabrın 18-də Ak Sarayda təşkil olunan Akademik İl mərasimindəki çıxışında da yerin altına gömülmüş təyyarələrdən danışaraq bunları demişdi: “İkinci Dünya Müharibəsindən sonra yenidən müəyyənləşən Qərb Paktında yer ala bilmək üçün Cümhuriyyət dövründə əldə etdiklərimizdən imtina edəsi olduq. Bütün çətinliklərə və məhdudiyyətlərə baxmayaraq, qurduğumuz təyyarə zavodlarımızın, sənaye müəssisələrimizin qapılarına öz əlimizlə qıfıl vurdurdular. Kayseridə təyyarələrimizin gömüldüyü məzarlar var. Bunlar o zaman baş verib. İndi də bizim öz təyyarəmizi istehsal etməməyimiz üçün əllərindən gələni edənlər var”.

R.T.Ərdoğanın bu açıqlamalarından bir gün sonra, yəni oktyabrın 19-da A.Ünal Kayseridəki 12-ci Hava Nəqliyyat Əsas Baza Komandanlığını ziyarəti zamanı jurnalistlərin bu barədə sualları ilə üzləşmişdi. O, jurnalistlərin “2-ci Hava Təchuizat və Xidmət Mərkəzi Komandanlığının ön bağçasında torpağa gömülmüş təyyarələrin olduğu iddia edilir” məzmunlu suallarına əllərini yana açaraq, “Cavab yoxdur” jesti etməklə kifayətlənmişdi.

Ardınca isə “Bu iddialar əsassızdır” deyərək, maşınına əyləşərək uzaqlaşmışdı. Ancaq R.T.Ərdoğan qeyd olunan çıxışında A.Ünalın “əsassız” dediyi fikirləri onun gözünün içinə baxa-baxa bir daha təkrarlayıb. Kayseridə yerə basdırıldığı bildirilən Almaniya istehsalı “Focke-Wulf FW-190” tipli hərbi təyyarələrin ABŞ-ın “Marşal planı” çərçivəsində sıradan çıxarılaraq torpağa basdırıldığı iddiasını ilk dəfə amerikalı araşdırmaçı yazar Stüart Klayn irəli sürmüşdü. 50 ədəd “Focke-Wulf FW-190” tipli təyyarənin torpağa basdırıldığını bildirən S.Klayn əlavə etmişdi ki 2005-ci ildə bu barədə Baş Qərargahın Rabitə bölməsinə göndərdiyi müraciətə cavab ala bilməyib.

Videonu aşağıdakı linkdən izləyə bilərsiniz:

http://odatv.com/vid_video.php?id=8EA03

 Yeniçağ.Az

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv