Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla “SpaceX” şirkətinin banisi və baş direktoru İlon Mask arasında telefon danışığı olub.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin İctimaiyyətlə əlaqələr üzrə İdarəsinin xəbərində deyilir.
“Danışıqlar zamanı müxtəlif sahələrdə, o cümlədən Türkiyədəki dövlət və özəl sektora aid şirkət və müəssisələrlə kosmik texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib”, – deyə məlumatda qeyd olunub.