“Red Bull Qaçaqaç”a qeydiyyat başladı

Qışın ən əyləncəli və ekstrim dolu idman yarışına qeydiyyat başlayıb.

Yenicag.az xəbər verir ki, “Red Bull”un təşkilatı ilə fevralın 4-də snoubord və xizək sürənlərin qatılacağı yarış keçiriləcək.

Şahdağ Turizm Mərkəzində keçiriləcək yarışda yaşı 18-dən yuxarı hər kəs iştirak edə bilər.  Əsas şərt qaçmaq, sürət və finiş xəttinə birinci çatmaqdır. Belə ki, start nöqtəsində toplanan iştirakçılar öz snoubordlarına və xizəklərinə tərəf qaçaraq, sürətlə onları geyinməli və qeyd olunan məsafəni sürüşməlidirlər.

Ən sürətli sürüşən və öz geyimi ilə hər kəsi təəccübləndirməyi bacaran iştirakçılar arasından qaliblər seçiləcək:

Yarışdan sonra iştirakçılar üçün ənənəvi “Après-Ski”, yəni “xizəkdən sonra” partisi keçiriləcək. Burada hər kəsi fərqli atmosfer, əyləncə və ünsiyyət gözləyir.

Qeydiyyat: REDBULL.AZ/QACHAQACH