!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Redaksiyada partlayış baş verib-Fotolar

!Reklam – Yazi

88065_res_01Türkiyədə fəaliyyət göstərən jurnalardan birinin redaksiyasında partlayış olub.

Ötən gün axşam saatlarında İstanbulda “Adımlar Dergisi” redaksiyasında güclü partlayış baş verib.

Hadisə beşmərtəbəli binanın ikinci mərtəbəsində yaşanıb. Nəticədə içəridə olan redaksiya heyətindən biri ölüb, 4-ü isə ağır yaralanıb.

Hadisə baş verən əraziyə təcili yardım maşınları və polis qrupları cəlb edilib, təhqiqatlara başlanılıb. Polisin ilkin fərziyəsinə görə, partlayışa səbəb kustar üsulla hazırlanmış qumbaranın ehtiyatsızlıq nəticəsində partlaması olub. Partlayış baş verən mənzildə təbii qazın olmaması bu ehtimalı daha məntiqli hesab edir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin dəqiq səbəbi araşdırmalardan sonra bəlli olacaq(ans).

www.yenicag.az

596
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv