Bir neçə saat ərzində 300 000 smartfon satılıb – bu birinci partiyanın bütün həcmidir.
Bu gün Çində Redmi Note 8 Pro smartfonunun satışına start verilib. 64 Mp kamera ilə təchiz edilmiş bu modelin böyük tələbata malik olması elan edildiyi vaxt aydın olub, lakin ilk günün satışı təəssürat yaradır: 300 000 ədəd! Beləliklə, Redmi Note 8 Pro, Honor 9X modelinin son rekordunu təkrarlayıb.
Yenicag.az xəbər verir ki, göründüyü kimi, modelin ilk partiyasının həcmi belə idi. İndi şirkətə anbar ehtiyatlarının həcmini artırmaq üçün bir qədər vaxt tələb olunur. Çində Redmi Note 8 Pro satışları 6 sentyabr ayında yerli vaxtla 10.00-da davam edib./ted.az/