Redmi K30 smartfonunun görüntüsü ortaya çıxdı – FOTO

Redmi K30 smartfonunun fotosu ortaya çıxdı.

Yenicag.az xəbər verir ki, Redmi K30 smartfon modelinin ekranının bir hissəsinin təqdimatından sonra internetdə sözügedən smartfonun bötüv fotosu ortaya çıxıb. Beləliklə insayderlər Redmi K30-un ön panelinin necə görünəcəyini sərgiləyiblər. Fotodan da görmək olar ki, Redmi K30 modeli ekranın yuxarı sağ hissəsində yerləşən ikili ön kameraya sahib olacaq. Smartfon ekranının kənar çərivələri isə demək olar görünmürlər.

Smartfonun aşağı hissəsində isə bir qədər nəzərə çarpan çərçivə yerləşdirilib. Bu fotonun həqiqətən də Redmi K30 modelinə aid olması təsdiqlənməsə də o, bir neçə müddət bundan öncə sərgilənmiş render fotosuna çox oxşayır. Redmi K30-un dəqiq texniki göstəriciləri barəsində məlumat yoxdur. Lakin hələ bir neçə gün bundan öncə Redmi brendinin rəhbəri bildirmişdi ki, Redmi K30 modeli Redmi brendinin 5G dəstəkli ilk smartfonu olacaq. Smartfonun nə zaman təqdim olunacağı barəsində də bir məlumat yoxdur.