“Redmi Note 7″ni kosmosa göndərdilər – VİDEO

Xiaomi şirkəti “Redmi Note 7” smartfonunu kosmosa göndərib.

Yenicag.az xəbər verir ki, smartfon 35.000 metr yüksəkliyə qaldırılıb. Smartfon -58 dərəcə temperaturun və 1 paskal atmosfer təzyiqinin olduğu bir şəraitdə qalıb. Kosmosda 2 saat qalandan sonra smartfon salamat şəkildə Yer kürəsinin səthinə geri qayıdıb. Bununla belə kosmosda olan zaman smartfon öz arxa kamerası vasitəsilə çox maraqlı fotolar da çəkib.