Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Redmi Note 8T-nin real FOTOLARI

Redmi Note 8T’nin real fotoları ortaya çıxdı. 

Yenicag.az xəbər verir ki,  Xiaomi şirkəti Redmi Note 8-in daha təkmilləşdirilmiş versiyası olacaq Redmi Note 8T smartfonu üzərində çalışır. Smartfonun təqdimatına az qalmış onun barəsində daha çox məlumat sızıntısı baş tutur. Belə ki, smartfonun real fotoları internetdə ortaya çıxıb.

Ortaya çıxmış fotolarda əks olunmuş Redmi Note 8T-nin ekranı üzərində olan örtük isə həmçinin smartfonun bəzi özəllikləri barəsində də məlumat verir. Əvvəlcədən də gözlənildiyi kimi Redmi Note 8T modeli adi Redmi Note 8-in kopyası olacaq. Yeganə fərq isə ondan ibarət olacaq ki, Redmi Note 8T modeli kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş modul ilə təchiz olunacaq.

Əsas texniki göstəricilərə gəldikdə isə Redmi Note 8T 6.3 düym ekran, ekran üzərində Gorilla Glass 5 qoruyucu şüşəsi, Snapdragon 665 prosessoru, 48 MP-lik dördlü arxa kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun 18 vatt gücündə sürətli şarj texnologiyasını da dəstəkləyəcəyi gözlənilir. Redmi Note 8T artıq yaxın günlərdə təqdim olunmalıdır.

www.yenicag.az

474
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM