Rəfael Piriyev Fransada özünü doğradı

Avropada miqrant həyatı yaşayan Rəfael Piriyev intihara cəhd edib.

Yenicag.az Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə Avropada yaşayan azərbaycanlılardan məlumat daxil olub.

Məlumata görə, hadisə bu gün Fransada baş verib. Belə ki, Rəfael Piriyev özünə bıçaqla xəsarətlər yetirib.

İlkin ehtimala görə, Rəfael Piriyev Azərbaycana deportasiya olunmamaq üçün bu addımı atıb.

Qeyd edək ki, Rəfael Piriyev Avropada Azərbaycana qarşı söyüş kampaniyası aparan şəxslərdən biridir.