Referendum başa çatdı

referendummsesverme (12)Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) yekunlaşıb və baş tutmuş hesab edilir.

Vətəndaşlar 125 seçki dairəsi üzrə 5 627 seçki məntəqəsində səs verib. Seçicilər Konstitusiyaya təklif edilən dəyişikliklərlə bağlı bütün 29 hissə üzrə öz fikirlərini ifadə ediblər.

Azərbaycanda referendumu 18 beynəlxalq təşkilatın 117 müşahidəçisi izləyib. Bunların sırasında AŞPA, MDB Parlament Assambleyası, TürkPA, Böyük Britaniya, Fransa, Avstriya, Avstraliya və digər ölkələrin parlamentlərindən ibarət nümayəndə heyətlərinin, müxtəlif ölkələrin Mərkəzi Seçki Komissiyalarının təmsilçiləri var. Seçkiləri 53 min 531 yerli müşahidəçi izləyib.

Xatırladaq ki, referendumla əlaqədar üç – “Yeni Azərbaycan”, “Vətəndaş Cəmiyyəti” və “Bələdiyyə” təşviqat qrupu Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçib.

“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi (Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (ABŞ-ın “AJF&Associates Inc.” təşkilatı ilə birgə), “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi “exit-poll” keçirib.