Referendum təxirə salındı – İraq Ali Məhkəməsindən son qərar

İraq Ali Məhkəməsi İraq Regional Kürd Hökumətində keçiriləcək “müstəqillik referendumu”nun təxirə salınmasına qərar verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə 25 sentyabra planlaşdırılan referendumla bağlı çoxsaylı şikayətlərin daxil olması ilə əlaqədar ümumxalq səsverməsini təxirə salıb. Bu müddət ərzində referendumun qeyri-qanuni olması ilə bağlı daxil olan şikayətlər yoxlanılacaq.

Ali Məhkəmənin mətbuat katibi İyas Samuk verdiyi açıqlamada bildirib ki, Kürdüstan bölgəsində keçirilməsi planlaşdırılan referendum növbəti bir qərara qədər ləğv olunur.

Qeyd edək ki, İraq baş naziri Heydər əl İbadi də referendumun dayandırılmasını rəsmi şəkildə tələb edib.