!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Referendumdan sonra ilk sorğu: AKP yenə öndə

!Reklam – Yazi

İstanbul İqtisadi Araşdırma şirkəti 16 aprel referendumundan sonra keçirtdiyi ilk sorğunun nəticələrini açıqlayıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul İqtisadi Araşdırma şirkətinin keçirtdiyi sorğu həm də 16 aprel referendumunda Ədalət və İnkişaf Partiyası (AKP) – Milliyyətçi Hərəkat Patiyası (MHP) tandemi və Böyük Birlik Partiyasının birlikdə əldə etdiyi 51,4 faizlik “Əvət” səslərinin kimə məxsusluğuna aydınlıq gətirib.

Qeyd olunan sorğunun nəticələri göstərir ki, referendum prosesindən ən qazanclı çıxan yenə də hakim AKP-dir.

Xatırladaq ki, 2015-ci il 1 noyabr seçkilərində AKP 49,5, Cümhuriyyət Xalq Partiyası (CHP) 25,3, MHP 11,9, HDP isə 10,8 səs toplamışdı.

İstanbul İqtisadi Araşdırma şirkətinin keçirtdiyi “Sabah seçki olarsa, hansı partiyaya səs verərdiniz?” sorğusunun nəticələri aşağıdakı kimi olub:

AKP: 48,3
CHP: 23,2
HDP: 10,5
MHP: 5,0

Kiçik partiyalar və tərəddüdlü respondentlər isə 13 faiz təşkil edib.

Bu nəticələrdən belə görünür ki, mümkün növbədənkənar seçkilərdə MHP barajı keçməyə bilər.
CHP-nin isə referendumdan sonra ciddi “qan itkisi”nə məruz qaldığı müşahidə edilir. Terrorçu PKK-nın siyasi qanadı olan HDP isə öz səslərini nisbətən sabit saxlaya bilib.

Xatırladaq ki, İstanbul İqtisadi Araşdırma şirkətinin martın 30-da keçirtdiyi analoji sorğuda AKP səslərin 45, CHP 23,9, HDP 8, MHP isə 6,8 faizini qazanmışdı. Konkret desək, AKP referendum prosesinin son iki həftəsində səslərini əhəmiyyətli dərəcədə artırıb.

Yeniçağ.Az

www.yenicag.az

644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv