Referendumla bağlı ölkə gəncliyini məlumatlandıracağıq – Səbuhi Abbasov

13978033_10206896831478937_1895977087_oBunu fikirləri Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin sədri Səbuhi Abbasov Prezident İlham Əliyevin sərəncamı ilə Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə bu il sentyabrın 26-da keçiriləcək referendumla bağlı danışarkən deyib.

Səbuhi Abbasov bildirib ki, Konstitusiyanın 152-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əsas Qanununun mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər. Onun sözlərinə görə, Konstitusiyaya əlavələrin təklif edilməsi təşəbbüsünü nəzərdə tutan 157-ci maddəyə əsasən, müvafiq təkliflə Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti çıxış edərsə, bu halda nəzərdə tutulan dəyişikliklərlə bağlı Konstitusiya Məhkəməsinin rəyi alınır. Elə bu məntiqlə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 18 iyul tarixində “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalamışdır. “Konstitusiya islahatının ölkə həyatının ən müxtəlif sahələrinə: təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması və ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, vətəndaşların seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, bələdiyyələrin məsuliyyətinin artırılması və digər vacib məsələlərin tənzimlənməsinə şamil edilməsi nəzərdə tutulur. Möhtərəm Prezident İlham Əliyevin təşəbbüskarı olduğu “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsində əksini tapan əlavə və dəyişikliyin hər biri ölkəmizin dünyada baş verən proseslərlə ayaqlaşmasına hesablanıb. Biz də öz növbəmizdə referendumla bağlı gənclər arasında təbliğat xaraketli tədbirlər reallaşdıracağıq. Bu məqsədlə İKT imkanlarından istfadə edərək QHT və media nümayəndələrindən ibarət könüllü qrup da yaratmağı düşünürük. İşimizin coğrafiyasını genişləndirmək, eyni zamanda xaricdə yaşayan gənclərimizi maarifləndirmək üçün www.referendum.news məlumat mərkəzini də yaratmışıq. Tez bir zamanda bu barədə geniş tədbir edərək komandamızı cəmiyyətə təqdim edəcəyik. Bildiyiniz kimi bəzi beynəlxalq təşkilatlar, ermənipərəst qüvvələr referendumla bağlı qarayaxma kampaniyalarına başlayıblar. Bizim məqsədimiz həm də referendumun ölkəmiz üçün tarixi əhəmiyyətini ölkədə və dünyada yaşayan gənclərimizin diqqətinə çatdırmaqdan ibarətdir”