!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəfiqələri yeniyetmə qızı 18 metrlik körpüdən aşağı tulladılar - VİDEO

!Reklam – Yazi

ABŞ-da gənc qız 16 yaşlı rəfiqəsini 18 metr hündürlüyü olan körpüdən aşağı itələyib.

Yenicag.az “Daily Mail”ə istinadən xəbər verir ki, qızın körpüdən düşməsini əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb. İzləyiciləri şoka salan videoda qızın belə bir hündürlükdən suya tullanmaqdan qorxduğu görünür. Yanındakı yeniyetmələrdən bəziləri də onu bu addımı atmaqdan çəkindirirlər.

Qəfildən rəfiqələrindən biri 16 yaşlı qızı kürəyindən itələyərək suya atır.

Məlumata görə, 18 metr hündürlükdən suya düşən qız ağır bədən xəsarətləri alıb. Onun qabırğasında sınıqlar, daxili orqanlarında çox saylı zədə və travmalarla xəstəxanaya çatdırıldığı bildirilir. Qızın anası onun uzun müddət müalicə götürməli olduğunu qeyd edib.

www.yenicag.az

3847
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv