İngiltərədə yerləşən türk restoranlarının birində rəfiqələr dava edib.
Yenicag.az xəbər verir ki, dava nəticəsində qızlardan biri rəfiqəsinin qulağını dişləyərək qoparıb.
Hadisə Newportda baş verib.
Qulağı qopan Jenna Edvards dərhal xəstəxanaya çatdırılıb. Ona xəsarət yetirən rəfiqəsi Viktoria Burqessə isə 4,5 illik həbs cəzası verilib.
Qeyd edək ki, rəfiqələrin tanışlığı 4 il əvvəl başlayıb.