!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Region ölkələri üçün təhlükə olan MOSKVA: "Qarabağda faktiki olaraq işğalçı Rusiya ordusu var" - ŞƏRH

!Reklam – Yazi

“Ermənistandakı revanşistləri, rusofilləri çökdürə bilsələr, erməni cəmiyyəti də Türkiyə, Azərbaycan, Ermənistan arasındakı əlaqələrin yeni müstəviyə keçməsini istəyəcək. Prosesə gələcəkdə Gürcüstan da qoşula bilər. Beləlikə vahid Qafqaz evi yaranmış olar”.

Bu fikirləri Brüssel razılaşmaları fonunda Ermənistanda artan etiraz dalğaları və proseslərin gedişatını şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, Qərb Qafqazı Rusiyanın əlindən almaqda israrlıdır:

“Bu gün Avropa institutları ilə Ermənistanın əlaqəsini quran şəxs Paşinyandır. O cümlədən Ermənistanda Rusiyaya bağlı olan zəngin müxalifət, media, cəmiyyətin bir hissəsi var. Onlar “Böyük Ermənistan” ideyasını Rusiyanın köməkliyi ilə Azərbaycan torpaqları hesabına qurmaq istəyirlər. Ermənistan cəmiyyətinin böyük hissəsi xəstə ideologiyadan əl çəkməyib. Ona görə də Qərbə inteqrasiya problemin həlli deməkdir.

Güman edirəm ki, Avropa institutları Qafqazı vahid, təhlükəsiz, Rusiyanın caynaqlarından çıxmış görmək istəyir. Bundan əlavə, Qafqazı Avropa ilə Asiyanı birləşdirən körpü rolunu oynamasını istəyirlər.

Şarl Mişellə görüşdən sonra ortaya bir layihə qoyulursa, təbii ki, Rusiya dinc durmayacaq. Rusiya Paşinyan xəttini vurmağa çalışacaq. Paşinyanın Moskvaya çağırılması da ola bilər. Avropa İttifaqının ortaya qoyduğu mövqe təqdirlayiqdir və Azərbaycan cəmiyyəti də bu xətti dəstəkləyir. Avropa İttifaqı başladığı prosesləri davam etdirməkdə israrlı görünür. Azərbaycan cəmiyyəti də münaqişənin bitməsini istəyir.

Bütün mütərəqqi layihələrin qarşısında dayanan güc Rusiyadır. Azərbaycanda da müəyyən təxribatlar ola bilər. Qarabağda faktiki olaraq işğalçı Rusiya ordusu var. Onları sülhməramlı adı altında işğalçılıq edirlər. Ərazidə hadisələri körükləyici qüvvə də məhz onlardır. Gələcəkdə Azərbaycan siyasi elitasında da çalxalanma yarada bilərlər ki, Avropa institutları ilə əməkdaşlıq edilməsin. Zamanında da bu cür halları baş vermişdi”.

Səxavət Məmməd

www.yenicag.az

35848
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv