“Region uzunmüddətli fəlakətlərin astanasındadır” – Korey Şer

“Yalnız tərəflər deyil, eyni zamanda mülki əhali və geniş region uzunmüddətli fəlakətlərin astanasındadır”.

Yenicag.az xəbər verir ki, bunu İsrail-Fələstin münaqişəsindəki dağıntıların miqyasını şərh edən siyasi şərhçi Korey Şer deyib.

Onun sözlərinə görə, Fələstindəki müharibənin humanitar və fiziki təsirlərini qabaqcıl texnologiyalarla görmək mümkündür.

“Peyk görüntülərindən münaqişənin səbəb olduğu dağıntıların miqyası açıq-aydın görünür. Birillik dövr ərzində Qəzzadakı binaların təxminən 60%-i ya zədələnib, ya da darmadağın olub. Görüntülərdə Yaxın Şərqdəki bu qarşıdurmanın hər keçən gün daha da genişlənən və dərinləşən humanitar böhrana səbəb olduğu müşahidə edilir. Yalnız tərəflər deyil, eyni zamanda da mülki əhali və region uzunmüddətli fəlakətlərin astanasındadır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29