“Regional İnkişaf” İctimai Birliyi və “Rahat” supermarket birgə sosial aksiya keçirib – VİDEO

Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi dövründə evdən çıxması qadağan olunan yaşı 65-dən yuxarı və tənha yaşayan şəxslərə dəstək tədbirləri davam etdirilir.

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “Rahat” supermarketin birgə təşkilatçılığı ilə həyata keçirilən sosial və maarifləndirmə aksiyası çərçivəsində RİİB könüllüləri tərəfindən 150 nəfər xüsusi risk qrupuna aid, tənha yaşayan şəxsə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb, pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi qabaqlayıcı və preventiv tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib.

Sovqat alan sakinlər nəcib təşəbbüslərə, karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Vətəndaşlarımızı bir daha bu həssas dövrdə evdə qalmağa, karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq.