!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Regional medianın gələcəyi Ankarada müzakirə edildi - FOTOLAR

!Reklam – Yazi

Türkiyənin paytaxtı Ankara şəhərində Anadolu Yayımçılar Dərnəyi tərəfindən “Yeni Kommunikasiya texnologiyaları və yerli medianın gələcəyi” mövzusunda keçirilən seminar ikinci günündə davam edib.

Yenicag.az xəbər verir ki, seminara iqtidardakı Ədalət və İnkişaf Partiyasının sədrinin müavini Numan Kurtulmuş, Türkiyə Turizm və Mədəniyyət naziri Mehmet Ərsoy, Radio və Televiziya Yüksək Qurumunun (RTÜK) sədri Əbubəkir Şahin, Media Elan Qurumu (BİK) sədri Rıdvan Duran, Anadolu Yayımçılar Dərnəyinin (AYD) sədri Sinan Burhan, Altındağ Bələdiyyəsinin sədri Aim Balcı ilə yanaşı, Azərbaycandan “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər də qatılıb.

Seminarda çıxış edən nazir Mehmet Ərsoy texnologiyaların inkişafı fonunda həyatın yenidən şəkilləndiyini qeyd edib. Yaşanan dəyişikliklərdən ən çox medianın təsirləndiyini bildirən Ərsoy, “Ənənəvi medianın bundan sonrakı macərası hamımızı yaxından maraqlandırır. Yeni texnologiya çağına adaptasiya olaraq dinamikliyimizi itirmədən yerli mediada çevriliş üçün işləməyə davam etməliyik”, – deyə vurğulayıb.

Media Elan Qurumu (BİK) sədri Rıdvan Duran da təmsil etdiyi qurumun 60 ildir yerli media başda olmaqla Türkiyə mətbuatının yanında olduğunu bildirib, yeni kommunikasiya texnologiyalarının qarşısında medianın durumunu dəyərləndirib.

İkinci paneldə çıxış edən “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər yerli medianın ən son texnologiyalarla təchiz edilməsinin vacibliyini vurğulayıb.

“Əvvəla, onu qeyd etmək istəyirəm ki, xalqa ən yaxın media məhz yerli – regional mediadır. Beynəlxalq mətbuat xalqla xəbər agentlikləri vasitəsilə bağ qurduğu halda, yerli media xalqla iç-içə olur, onun problemlərini detallı şəkldə bilir. Buna görə də yerli meda önəmlidir və bu sahəyə daha çox diqqət ayrılmalıdrı. Siyasətçilərin ən böyük uğur və u8ğursuzluqlarının arxasında xalqla münasibət dayanır. Burada isə yerli medianın önəmi ön plana çıxır”, – deyə Aqil Ələsgər qeyd edib.

Ənənəvi və yeni media anlayışlarına da diqqət çəkən Aqil Ələsgər sosial mediaya ənənəvi mətbuatın rəqibi kimi baxılmamalı olduğunu vurğulayıb.

“Cəmiyyətin istədiyi zaman yanında olacaq, dərdini deyə biləcəyi alternativ mediaya ehtiyac var. Beynəlxalq media subyektləri xəbər agentlikləri birlikdə yerli media ilə də koordinasiyalı şəkildə işləsə, bu zaman xalqın problemlərinə bir az da varsa, yaxınlaşa bilər”, – deyə Aqil Ələsgər sözlərini tamamlayıb.

www.yenicag.az

471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv