“Ermənistana gücümüzü göstərmişik, indidən sonra da göstərməyə hazırıq”.
Bunu Yenciag.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.
Ermənistanın hava müharibəsinə başlayacağı ilə bağlı yayılan fikirlərə münasibət bildirən parlamentarinin sözlərinə görə, hazırlığı artırmalı, mövqeyimizi bu istiqamətdə gücləndirməliyik.
“Təhlükə yalnız Ermənistandan deyil. Ümumilikdə regionda elə bir kritik vəziyyət formalaşıb ki, digər ölkələrin də belə niyyətləri ola bilər”, – deyə o bildirib.
Ətraflı olaraq videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov