Regionda müharibə XƏBƏRDARLIĞI: “Fransanın bu addımı gərginliyi artıracaq”

“Regionumuzda militarizasiya gedir, bu gələcək müharibəyə gətirib çıxara bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Fransanın parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, Ermənistanın silahlandırılmasının davam edəcəyini bəyan etməsini şərh edən politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Fransanın bu addımı gərginliyi artıracaq.

“Fransanın bu addımının nəticəsi heç də xoş olmayan hadisələrə gətirib çıxara bilər. Ermənistanın əlinə silah keçdikcə dayanmayacaq, hətta bağlanmış sülh müqaviləsinə belə əməl etməyəcək. Sürətlə silahlanmaya dair Avropa Konvensiyası var. O Konvensiyada cinah sazişləri var və buna uyğun da kvotalar mövcuddur. Bu kvotaya görə cənubi-şərq cinahındayıq. Bu cinaha görə bəlli sayda silahların siyahısı mövcuddur. Azərbaycan bunların yoxlanmasına nail olmalıdır”, – deyə o əlavə edib.

Q.Hüseynli qeyd edib ki, bundan əlavə, Azərbaycan BMT-yə müraciət etməlidir:

“Müharibənin yeni qurtardığı bölgədə yenə də, militarizasiya gedir, bu gələcək müharibəyə gətirib çıxara bilər. Azərbaycan tərəfi Ermənistanın silahlanmasının qarşısının alınması üçün tədbirlər görməlidir”.

Səxavət Məmməd

COP29