Regionlarda “Sosial layihələr” müsabiqəsinin ictimaiyyət üçün təqdimatları keçirildi – FOTO

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin Şamaxı, Şəki, Ağcabədi, Salyan və Quba rayonlarında, Gəncə və Mingəçevir şəhərlərində ictimaiyyət üçün geniş taqdimatları keçirilib.

“Sosial layihələr” müsabiqəsinin rəhbəri Şahin Seyidzadə tərəfindən aparılan təqdimatlarda qeyd olunan şəhər və rayonlarda fəaliyyət göstərən dövlət qeydiyyatına alınmış qeyri-hökümət təşkilatlarının, ali təhsil müəssisələrinin, peşə və orta ixtisas təhsili müəssisələrinin, elmi-tədqiqat təşkilatlarının, könüllülər hərəkatlarının, təhsil müəssisələrinin daxilində fəaliyyət göstərən tələbə elmi cəmiyyətləri və tələbə gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

İştirakçılara “Sosial layihələr” müsabiqəsinin məqsədi, müsabiqədə iştirak şərtləri, müraciət qaydaları, tələb olunan sənədlər və digər məsələlər barədə ətraflı məlumatlar verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

“Sosial layihələr” müsabiqəsi ilə bağlı respublikanın digər bölgələrində də təqdimatların keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, müsabiqəyə layihə qəbulu noyabrın 20-dək davam edəcək. Müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu elektron qaydada “Regional İnkişaf” İctimai Birliyinin rəsmi internet səhifəsində (musabiqe.riib.az) aparılır.

COP29