Regionun enerji sahəsində MÜHÜM HADİSƏ: Azərbaycan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirir

Bu gün Bakıda regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi başlayıb.

Bu tədbirin keçirilməsi Azərbaycan üçün və onun beynəlxalq nüfuzu baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd edək ki, 2024-cü ildə Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf edir. Belə ki, bu il Respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. Bu mühüm tədbir Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapacaq.

Özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsinin bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirməsi və bununla da diqqətin Azərbaycanın üzərinə cəmləşdirilməsi ilə mühüm əhəmiyyətə malikdir.

Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimi keçirilir.

Tədbirin xüsusi əhəmiyyəti ondan ibarədir ki, özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsinin bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirib və bununla da diqqətin Azərbaycanın üzərinə cəmləşdirilib. Tədbirdə 37 ölkədən 300-dək şirkətin iştirak edir.

Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.

Tədbirdə 37 ölkədən 300-dək şirkətin iştirakı Azərbaycanın regionda mühüm oyunçu olduğunu bir daha təsdiqləyir.

ABŞ prezidenti Co Bayden tədbir iştirakçılarına məktub ünvanlayıb. Qeyd edək ki, həftə ərzində ABŞ prezidentinin Azərbaycana artıq ikinci məktubudur. Bu, dünyada çox nadir enerji toplantısıdır ki, ABŞ prezidenti təbrik göndərib. Baydenin həftə ərzində ikinci məktubu Azərbaycan-ABŞ münasibətlərinin pozulduğunu iddia edənlərə cavab kimi də qiymətləndirmək olar. Bu əlaqələri pozmağa çalışan erməni lobbi dairələri heç nəyə nail olmadılar. Qeyd etmək lazımdır ki, ABŞ bundan sonra da Azərbaycan-Ermənistan münasibətlərində neytrallığını qorusa, Bakı-Vaşinqtion əlaqələri daha da inkişaf edəcək.

Bu il Azərbaycanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. Vaxilə Şahdəniz layihəsi böyük enerji strategiyasının əsasını qoyduğu kimi, 4 iyun 2024-cü il də əsası qoyulan layihələr də bərpa olunan enerji sahəsində yeni eranın başlanğıcı kimi qiymətləndirmək olar.

Tədbirin xüsusi əhəmiyyətində danışarkən onu da qeyd etmək gərəklidir ki, dünya artıq Azərbaycanla bir yerdədir. Bu mühüm tədbir bir də onun nəticəsi olduğunu göstərir ki, Azərbaycanın beynəlxalq aləmlə əlaqələrini və əməkdaşlıq coğrafiyasını genişləndirir. Bu əməkdaşlıq ABŞ, Avropa İttifaqı, Türkiyə, ərəb-İslam dünyası kimi mühüm əməkdaşlıq sferasını əhatə edir.

Azərbaycanın regionda yaratdığı reallıqlar artıq dövlətimizin qlobal aktor rolunda çıxış etdiyini göstərir. Yeni əməkdaşlıq şəbəkəsinin yaradılması ilə Azərbaycan dünya ölkələrin maraqlarını kəsb edən ölkə kimi diqqət mərkəzində olur.

Eyni zamanda, Azərbaycan bu ilin payızında Bakıda keçiriləcək COP29 kimi mühüm konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu nümayiş etdirir. Bu mühüm tədbir yalnız ekoloji problemlərin müzakirəsi üçün konfrans deyil, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılacağı böyük qlobal forum olacaq. Bununla da Azərbaycan dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir.

Nəsimi Ələsgərli

COP29