Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Rəhbər vəzifədə işləmək istəyənlər üçün növbəti İMTAHAN

Dövlət İmtahan Mərkəzi avqustun 18-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirəcək.

Mərkəzdən Yenicag.az-a verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. İmtahanda iştirak etmək üçün qeydiyyat 9 avqust saat 16:00-dək davam edəcək.

8 avqust saat 09:25-dək olan məlumata əsasən, imtahanda iştirak etmək üçün BA vəzifə qrupu üzrə 241, BB vəzifə qrupu üzrə 787 nəfər olmaqla, ümumilikdə 1028 nəfər qeydiyyatdan keçib.

www.yenicag.az

5010