!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rəhbər vəzifədə işləmək istəyənlərin NƏZƏRİNƏ

!Reklam – Yazi

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə keçiriləcək elektron sınaq imtahanına qeydiyyat davam edir.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, AA, AB, AC, BA, BB qrupları üzrə avqustun 30-da keçiriləcək imtahan saat 10:00-da başlayacaq.

Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada verəcəklər.

İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat avqustun 30-u saat 9:00-da başa çatacaq. Qeydiyyat üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom linkinə daxil olmaq lazımdır.

Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 36 manatdır. “Şəxsi kabinet”də hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.

www.yenicag.az

966
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv