Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Rəhim Qazıyev azadlığa buraxılıb

Bakı Apellyasiya Məhkəməsində keçmiş müdafiə naziri Rəhim Qazıyevin barəsində olan məhkəmə qərarından verilmiş apellyasiya şikayətinə baxılıb.

Yenicag.az xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun barəsində inzibati həbs cəzası 100 manat cərimə ilə əvəz olunub. R.Qazıyev azadlığa buraxılıb.

Qeyd edək ki, R.Qazıyev bir neçə gün əvvəl Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona 10 sutkalıq inzibati cəza verilib. (APA)

www.yenicag.az

1060
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS