Rəhim Rəhimli vəfat etdi – Burada dəfn ediləcək

Müğənni Rəhim Rəhimli vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə prodüser Tarix Əliyev “Instagram” hesabında paylaşım edib.

Bir sıra məşhurlar da R.Rəhimlinin vəfatı ilə bağlı başsağlığı paylaşımı ediblər.

İfaçının ürək tutmasından vəfat etdiyi bildirilib.

O, bu gün saat 12:00 da Bülbülə qəbirsanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, sənətçinin bir müddətdir səhhətində problem var idi.

Rəhim Rəhimli 1979-cu il 7 iyunda Ağdamda anadan olub.