“Rəhimlə özünü reklam edənlərə min dəfə ayıb olsun”.
Bunu mərhum müğənni Rəhim Rəhimlinin yaxın dostu, şairə Könül Nazimqızı Yenicag.az-a açıqlamasında deyib.
O, Rəhim Rəhimlinin adı ilə reklam olunan insanlara səslənib:
“Rəhimlə necə yaxın dost olduğumuzu hər kəs bilir. Mən onun ailəsi ilə də çox yaxınam. Necə ola bilər ki, onun həyatında sevdiyi qadın olsun, amma mənim xəbərim olmasın. O, hər sirrini mənimlə bölüşürdü, həmişə mənimlə dərdləşirdi. Onun elə sirlərini bilirəm ki, bunları ən yaxın adamları belə bilmir. Bu, sadəcə olaraq, özünüreklamdan başqa bir şey deyil. Həm də o qadın heç vaxt Rəhimin zövqündə ola bilməzdi. Rəhim incəsənəti o qədər dərindən bilən adam idi ki, hələm-hələm qadını da seçməzdi. Çox seçici bir insan idi. O qadın Rəhimin zövqünün tam əksinə olan adamdır. Hər şey bir qırağa, dünyasını dəyişən bir insanla özünü reklam etmək nə dərəcədə insanlığa sığışır?”
Qeyd edək ki, Huri adlı bir qadın “Maqazin Plyus” verilişində mərhum müğənni Rəhim Rəhimlinin sevgilisi olduğunu, bərabər yaşadıqlarını iddia edib. Bu da şou aləmində birmənalı qarşılanmayıb.
Cəvahir