Rəhman Rəhmanov: “Buna görə mənə gülürdülər”

“İki-üç ay əvvəl maska taxıb marketə gedəndə mənə baxıb gülürdülər. Hətta deyirdilər ki, niyə maska taxırsız, koronavirus var bəyəm?”

Bunu Yenicag.az-a açıqlamasında əməkdar artist, tanınmış aktyor Rəhman Rəhmanov deyib.

Aktyor karantin qaydalarını pozan insanlara səslənib:

“Bəs inanmırdız? Hər gün nə qədər insan virusun qurbanı olur. Dünya bir bəlaya tuş gəlib, bu bəladan qurtulmaq üçün qaydalara əməl etməliyik. Maska taxmaq, məsafə saxlamaq, deyilənlərə əməl etmək nə çətin işdir axı? Yaxşı ki, karantin sərtləşdi. Karantinin sərtləşməsi bu virusa yoluxanların və ölümlərin sayını azaldacaq. Əslində mən özüm də karantinin tez bitməsini istəyirəm. Azərbaycan balaları məni harda görür, deyirlər ki, teatra gəlib tamaşalarınıza baxmaq istəyirik. Dua edək ki, tezliklə bu istəyimizə qovuşaq”.

Cəvahir