Rəhman Rəhmanovun Allahdan gözlədiyi 3 HƏDİYYƏ

“Allahdan həmişə üç hədiyyə gözləmişəm. Amma hələ almamışam. Ümid edirəm ki, Allah o hədiyyələrimi mənə göndərəcək. Onlari ürəyimdə saxlamışam, aldıqca deyəcəm”.

Bunu Yenicag.az-a açıqlamasında doğum gününü qeyd edən əməkdar artist, tanınmış aktyor Rəhman Rəhmanov deyib.

Aktyor həmişə doğum günlərinin təm-təraqla keçdiyini bildirib:

“Həmişə doğum günlərim çal-çağırlı olub. Karantinə görə heç yerə çıxa bilmirəm. Dostlarım da gələ bilmir, heç kimlə görüşə bilmirəm. Həm də səhhətimlə bağlı həkimlərin qadağaları var. Yaş üstünə bir yaş da gəldi. Bəzən deyirlər ki, yaşın əhəmiyyəti yoxdur, bu fikirlə razı deyiləm. Mənə görə yaşın fərqi var. Yaşa dolduqca daha da müdrikləşirsən, həyatın qədrini bilirsən. Amma ömür daralır. Bir yaş da ömrüm azaldı. Adam buna görə ömrünü xərcləmək istəmir”.

Aktyor telefonlarının susmadığını, təbriklər aldığını deyərək bu diqqəti ən böyük hədiyyə kimi qiymətləndirib:

“Sağ olsunlar, hər kəs yad edir, xoş sözlər söyləyir. Bu, mənim üçün elə ən böyük hədiyyə deməkdir. Evdəkilər hədiyyəmi hələ verməyib. Çünki karantinə görə həyat yoldaşım hədiyyəmi hələ almayıb”.

Cəvahir

COP29