!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Reina”nı qana bulayan terrorçunun həyat yoldaşı danışdı

!Reklam – Yazi

terrorİstanbulun məşhur gecə klublarından biri Reina ya silahlı hücum edən şəxsin həyat yoldaşı ifadə verib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 Noyabrda Qırğızıstandan Türkiyəyə, 22 Noyabrda Konyaya yerləşdiyi və 29 dekabrda hücumu həyata keçirmək üçün İstanbula yollandığı öyrənilib.

Terrorçunun saxlanılan həyat yoldaşı: “Hadisəni televisordan öyrəndim. Ərimin nəin ki, İŞİD üzvü, heç terror qruplaşmasına rəğbəti olduğunu belə bilmirdim”, deyə açıqlama verib.

Konyada əmlakçı vasitəsilə aylıq 1.100 TL ödəyərək mənzil kirayələyən terrorçu 3 aylıq kirayə pulunu da öncədən ödəyib. Həyat yoldaşı terrorçunun iş tapmaq məqsədi ilə Konyaya gəldiyini söyləyib.

Xatırladaq ki, Reina klubunda baş verən terror nəticəsində 39 nəfər həlak olub, 65-i isə yaralanıb.

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv