Rəis oğlu Səfərbərlik Xidmətini məhkəməyə verdi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Astara rayon şöbəsinin sabiq rəisi Kənan İsgəndərov məhkəməyə müraciət edib. 
Yenicag.az xəbər verir ki, Kənan İsgəndərov Səfərbərlik Xidməti barəsində “Hərbi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr – digər məsələlər”ə görə iddia qaldırıb.
İş Sumqayıt İnzibati Məhkəməsinin hakimi Ceyhun Məmmədovun icraatındadır.
Qeyd edək ki, 4 noyabr 2017-ci il tarixində Astara rayonunun hərbi komissarı olmuş Kənan İsgəndərov hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, barəsində məhkəmə tərəfindən 3 aylıq həbs qərarı verilmişdi. /qaynarinfo

 

 

 

İsgəndər İsgəndərov
 

Zaman İsgəndərov
COP29