Rəisi: Qarabağ Azərbaycanın ərazisidir, amma…

“Qarabağ şəksiz-şübhəsiz Azərbaycan ərazisinin bir hissəsidir”.

Yenicag.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi deyib.

O, bölgədə ermənilərin təhlükəsizliyinin və hüquqlarının qorunmasının zəruriliyini vurğulayıb:

“Lakin biz ermənilərin hüquqlarını qorumaq və onların vəziyyətinə hörmətlə yanaşmağın zərurət sayırıq. Bununla bərabər, beynəlxalq sərhədlərin dəyişməzliyinə təkid edirik”.