Xilasedicilərin İran Prezidenti İbrahim Rəisinin qəzaya uğramış helikopterini tapdığı ilk anın görüntüləri yayılıb.
Yenicag.az xəbər verir ki, kadrlardan helikopterin qalıqlarını azərbaycanlıların tapdığı görülür.
Videonu təqdim edirik:
Xatırladaq ki, qəzaya uğrayan helikopterdə doqquz nəfər olub və bütün sərnişinlər ölüblər. Rəisinin dəfn mərasimi mayın 23-də doğulduğu Məşhəd şəhərində keçiriləcək.