Rəisinin helikopterinin təxribat nəticəsində qəzaya uğraması ilə bağlı RƏSMİ AÇIQLAMA

İran Prezidenti İbrahim Rəisinin helikopterinin təxribat nəticəsində yaranan partlayış zamanı qəzaya uğraması versiyası təkzib edilib.

Yenicag.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının təbii fəlakətin təhqiqatından sonra ikinci hesabatında bildirilib.

“Tədqiqatın nəticələrinə görə, hadisənin aralarındakı məsafəyə və səpələnmə üsuluna əsasən, uçuş zamanı təxribat və ya bir neçə partlayış nəticəsində baş verməsi istisna edilib. İxtisaslaşmış ekspertlərin hesabatına görə, qəzaya uğrayan helikopterdə elektron döyüş texnikasının izlərinə rast gəlinməyib”, – bəyanatın mətnində qeyd olunub.

Məlumata görə, helikopterin ekipajı sonuncu dəfə qəzadan 69 saniyə əvvəl əlaqə saxlayıb./Qafqazinfo/

COP29