Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olması İranın ali dini lideri ayətullah Seyid Əli Xameneinin oğlunu atasının əsas mümkün varisi edir.
Məlumata görə, Rəisinin ölkə rəhbərliyinə sədaqəti son illərdə onun ali dini lider kimi Xameneini əvəz edə biləcəyi ilə bağlı fərziyyələrə səbəb olub. İndi prezidentin ölümü ilə ölkədə və xaricdə bir çoxları Xameneinin vəzifəsinə əsas namizədin onun oğlu Müctəba olacağına əmindirlər.
Vaşinqtonun Demokratiyaları Müdafiə Fondunun baş əməkdaşı Behnam Ben Taleblunun sözlərinə görə, mərhum prezident Xameneinin dövlətin başında görmək istədiyi nəsildən olan adam idi.
“Rəisinin ölümü varis seçmək prosesini daraldır və Xameneinin oğlu potensial namizədlərdən biridir”, – deyə o əlavə edib.
Mənbə: TASS