Rejissorların “görmədiyi” reytinqli AKTYOR : “Bunu qəsdən etdiklərini demirəm, sadəcə olaraq…”

“İstərdim ki, nədən belə olduğunu aydınlaşdırım, çünki mənə çox maraqlıdır”.

Bu fikirləri son vaxtlarda seriallara çəkilməməsinin səbəbləri haqda danışan tanınmış aktyor Abbas Qəhrəmanov Yenicag.az-a açıqlamasında deyib.

Çəkildiyi seriallar reytinqlərdə birinci olan və təbii oyun tərzi ilə həmkarları arasında fərqlənən aktyor son vaxtlar seriallarda görünməməsinin səbəbinə aydınlıq gətirib:

“Sentyabrdan bu günə qədər heç bir seriala çəkilməmişəm. Amma çox istərdim ki, yenı seriallara da çəkilim. Bir müddət çəkilirəm, həmin seriallar uğur da gətirir, amma sonradan nədənsə, rejissorlar məni çəkmir. Sanki məni görmürlər.

Demirəm bunu qəsdən edirlər, yox, sadəcə olaraq, bunun səbəbini anlamıram. İstərdim ki, nədən belə olduğunu aydınlaşdırım, çünki mənə çox maraqlıdır. Sonuncu dəfə yalnız “Alatava” filminə çəkilmişəm, anonsları gedir, yəqin yaxın vaxtlarda nümayiş olunacaq”.

Aktyor “Qonorarla bağlı şərtləriniz olurmu?” sualını belə cavablandırıb:

“Nə vaxtsa olub, qonorar gecikdirilib, buna görə narazılıq yaranıb. Amma mənə görə önəmli olan yaxşı ssenaridir. Əgər ssenari ürəyimcədirsə, pul ikinci, üçüncü dərəcəli olur.

Yox, əgər ssenari zəifdirsə, o zaman pul bəhanə ola bilər. Heç vaxt məbləğ də söyləməmişəm ki, bu qədər qonorar ödəməlisiz… Yəni o mənada kaprizli aktyor deyiləm”.

Cəvahir

COP29