!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mətbuat Şurasının hüquqi statusunun dəyişməsinə ehtiyac var” – Əflatun Amaşovdan vacib təklif

!Reklam – Yazi

Mətbuat Şurası (MŞ) ilə bağlı ayrıca qanunun qəbul edilməsi, qurumun hüquqi statusunun dəyişdirilməsi təklif edilib.

Yenicag.az xəbər verir ki, bu təklifi Milli Məclisin bu gün keçirilən iclasında MŞ sədri, deputat Əflatun Amaşov irəli sürüb.

O qeyd edib ki, təşkilatın hüquqi statusunun dəyişdirilməsinə, eyni zamanda ayrıca qanunun qəbul edilməsini ciddi ehtiyac var:

“Biz bu gün ictimai təşkilat olduğumuzdan bəzən müvafiq addımlar ata bilmirik. Bu gün mətbuatda jurnalist adına xələl gətirən, jurnalist adından sui-istifadə edən, bazar açan ünsürlər yayılıb. “Reket jurnalistika”dan əziyyət çəkirik. Mətbuat Şurasının hüquqi statusunun yenilənməsi ilə “reket jurnalistika”ya qarşı mübarizədə, mətbuatda balanslaşdırılmanın aparılmasında ciddi addım atmış olarıq. Buna zəruri ehtiyac var”.

www.yenicag.az

1790
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv