!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Reklam haqqında” yeni qanun

!Reklam – Yazi

Ilham_Aliyev_160412_albom_6Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 12; 1999, № 4, maddə 225; 2000, № 8, III kitab, maddə 587; 2001, № 3, maddələr 142, 145, № 5, maddələr 295, 298, № 11, maddə 683; 2004, № 1, maddələr 6, 13, № 2, maddələr 57, 58; 2005, № 2, maddə 61, № 12, maddə 1083; 2006, № 3, maddə 224; 2007, № 8, maddə 749, № 12, maddə 1218; 2009, № 12, maddə 948; 2010, № 7, maddə 600; 2013, № 3, maddə 219) 17-ci maddəsinə aşağıdakı məzmunda 11-ci hissə əlavə edilsin:

“11. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələri ilə bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik fəaliyyətini həyata keçirmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə bilərlər.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2014-cü il.

(topnews.az)

www.yenicag.az

1075
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv