Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Reklam mesajlarına son

27515“Reklam mesajları abunəçilərin razılığı əsasında göndərilə biləcək”.

Bu fikirləri Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, “Reklam Haqqında” yeni qanun layihəsinin müəllifi Vahid Əhmədov deyib. O qeyd edib ki, yeni qanuna görə, mobil operator ilə abunəçi arasında müqavilə imzalanmalı olacaq:

“Yeni “Reklam Haqqında” qanuna görə, yalnız abunəçinin razılığı əsasında onun mobil telefonuna reklam mesajları göndərilə bilər. Bunun üçün isə abunəçi ilə mobil operator arasında ikitərəfli müqavilə imzalanmalıdır. Əks halda bu, qeyri-qanuni hesab ediləcək”.

Qeyd edək ki, bu ilin noyabr ayının 14-də Milli Məclisin İqtisadi siyasət komitəsində “Reklam haqqında” qanun layihəsinin geniş ictimai müzakirəsi keçirilib. Müzakirələrdə Milli Məclis Aparatının  rəhbəri Səfa Mirzəyev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, deputatlar,  kütləvi informasiya vasitələrinin rəhbərləri, reklam yayımını həyata keçirən qurumların və ölkədə  fəaliyyət göstərən şirkətlərin nümayəndələri və bu sahə üzrə  mütəxəssislər iştirak edib. (aktual.az)

Loading...

www.yenicag.az

463