Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

"Reklam mətnlərində dövlət dilinə hörmətsizlik aradan qaldırılmalıdır" - Millət vəkili

Reklam: Sinerji Pro

Millət vəkilləri reklam mətnlərinin və lövhələrinin yarıtmaz şəkildə hazırlanmasına etiraz ediblər.

Yenicag.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edərək reklam mətnlərində dövlət dilinə hörmətsizliyin aradan qaldırılmasına çağırıb.

Millət vəkilinin sözlərinə görə, bu sahədə vəziyyət bərbaddır:

“Reklam mətnləri ilə rastlaşanda orada dövlət dilinin normalarının kobud şəkildə pozulmasının şahidi oluruq. Ümumiyyətlə, dilimizə aid olmayan ifadələr, sözlər geniş işlədilir. Bəzi reklam mətnləri isə əcnəbi dildə hazırlanır və onların Azərbaycan dilində qarşılığı seçilməz, olduqca kiçik şriftlərlə verilir. Hesab edirəm ki, bu sahədə bərbad vəziyyətin aradan qaldırılması üçün təcili addımlar atılmalıdır. Reklam mətnlərində olan dövlət dilinə qarşı hörmətsizlik aradan qaldırılmalıdır”.

www.yenicag.az

8197
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM