Rektor deputatın bacısı oğluna vəzifə verdi

Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinika Tədris Mərkəzinə yeni direktor müavini təyin edilib.

Qaynarinfo-nun Unikal.org-ua istinadən məlumatına görə, bununla bağlı ATU-nun rektoru Gəray Gəraybəyli əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Azər Qaragözov təyinat alıb. Qeyd edək ki, o, Milli Məclisin deputatı Məlahət İbrahimqızının bacısı oğludur.