!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rektor: "Dini jurnalistikada müəyyən problemlər hələ də həll olunmayıb"

!Reklam – Yazi

Sentyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birlikdə Şuşa şəhərində təşkil etdiyi “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar işini davam etdirib.

Yeicag.az xəbər verir ki, seminar çərçivəsində ikinci sessiyada “Dini radikalizmlə mübarizə və media” mövzusu müzakirə olunub. Sessiyanın moderatoru Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov olub. Müzakirələr zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəis müavini Zeyni Hüseynov, Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin məsləhətçisi Natiq Mirzəyev mövzu ilə bağlı fikirlərini bölüşüblər.

İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxışı zamanı bildirib ki, online radikal mövzusunda heç bir dövlət sığortalanmayıb: “Dini radikallıqla  məşğul olan internet kanalları kifayət qədər artıb. İran mediasından bizə radikal addımlar atılır. Bundan əlavə, həm də ölkə xaricindən bir çox dinə əks qruplaşmalar fəaliyyət göstərir. Mediamızda bu qruplaşmalar haqqında kifayət qədər məlumat yoxdur. Düzdür, mediamız gündən günə inkşaf edir, lakin dini jurnalistikada müəyyən problemlər hələ də həll olunmayıb”.

Daxili İşlər bir neçə gün əvvəl FETÖ ilə bağlı keçirdiyi əməliyyat çərçivəsində Qubad İbadoğlunun da saxlanması həqiqətən də olduqca ciddi məsələdir. Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov deyib ki, Daxili İşlər Nazirliyi tərəfindən əlaqəli orqan və təşkilatlarla birgə keçirilmiş tədbirlər nəticəsində respublikanın dini durumunda sabitlik əldə edilsə də, bəzən bu sahədə qanun pozuntularına rast gəlinir”.

O bildirib ki, ölkəmizdə sabitliyi, əmin-amanlığı pozmağa istiqamətlənən dini radikalizmə, pozucu çağırışlara qarşı sistemli şəkildə ciddi mübarizə tədbirləri həyata keçirilir:

“Müvafiq qanunlara, Cinayət və İnzibati Xətalar məcəllələrinə dini ekstremizm və dini radikalizmə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində əlavələr edilib ki, bu da dini ekstremist fəaliyyətə görə cinayət və inzibati məsuliyyəti, həmçinin cəza hədlərini müəyyən edir. Formasından asılı olmayaraq, radikalizmin mahiyyətində dayanan əsas ideya — öz məqsədinə nail olmaq üçün başqalarının hüquqlarını pozmaqdır. Polisin bu nöqteyi-nəzərdən fəaliyyəti də elə sözügedən tendensiyanı mənimsəyən dini kontingentin qanunsuz olaraq irəli sürdükləri məqsədlərin qarşısını almaqdan ibarətdir. “Dini etiqat azadlığı haqqında” qanunun tələblərini pozan şəxslər barəsində qanunvericiliyə uyğun tənbeh tədbirləri görülür”.

Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin məsləhətçisi Natiq Mirzəyev isə deyib ki, dövlətin yanaşmasına əsasən, terrorizmlə mübarizə necədirsə, dini radikalizmlə mübarizə də bu cür aparılır:

“Sırf dini ekstremizmə yanaşmada medianın fəaliyyəti dövlət orqanları tərəfindən nəzarət edilir. Çünki media qurumlarında bu istiqamətdə yayılan hansısa zərərli məlumat ciddi fəsadlara səbəb ola bilər. Ola bilər, media nümayəndələri özləri də bilmədən, istəmədən dini məsələlərlə bağlı zərərli və məqsədli məlumatların yayılmasına şərait yarada bilərlər. Ona görə də, medianın bununla bağlı maarifləndirilməsi müsbət haldır”.

N.Mirzəyev vurğulayıb ki, dini ekstremizm və radikalizmlə mübarizə haqqında qanun 1992-ci ildə qəbul edilsə də, zamanla müvafiq dəyişikliklər edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Elşad Miraləmin moderatorluğu ilə baş tutan üçüncü sessiya “Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları” mövzusuna həsr olunub.
Seminarın Azərbaycan Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, “525-ci qəzet”-in redaktoru Seyfəddin Hüseynlinin çıxış edəcəkləri sonuncu sessiyası müzakirələrlə yekunlaşıb.

“İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusundakı ikigünlük seminar iştirakçıların Xankəndi, Xocalı və Ağdam şəhərlərinə ziyarəti ilə başa çatıb.

Seminarda respublikanın aparıcı media orqanları, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Elşad Miraləmin moderatorluğu ilə baş tutan üçüncü sessiya “Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları” mövzusuna həsr olunub.
Seminarın Azərbaycan Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, “525-ci qəzet”-in redaktoru Seyfəddin Hüseynlinin çıxış edəcəkləri sonuncu sessiyası müzakirələrlə yekunlaşıb.

“İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusundakı ikigünlük seminar iştirakçıların Xankəndi, Xocalı və Ağdam şəhərlərinə ziyarəti ilə başa çatıb.

Seminarda respublikanın aparıcı media orqanları, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak ediblər./”Sherg.az”/

COP29

www.yenicag.az

195
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv