Reklam

Reklam

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Qarabağ müharibəsi iştirakçısı, kəşfiyyat-diversiya dəstəsinin komandiri olmuş İbad Hüseynovu “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri” fakültəsinin fəxri döş nişanı ilə təltif edib.

Yenicag.az xəbər verir ki, Hüseynova verilən vəsiqədə o, Milli Qəhrəman kimi təqdim olunub.

Qeyd edək ki, İbad Hüseynov keçdiyi döyüş yoluna görə, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunsa da, onun adı Milli Qəhrəmanlarımızın siyahısında yoxdur. “Azərbaycanın Milli Qəhrəmanı” adı yalnız Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilir.

Maraq üçün onu da bildirək ki, Gülçöhrə Məmmədova 4 çağırış Milli Məclisin deputatı olub.

Qeyd edək ki, İbad Hüseynov Qarabağ müharibəsi iştirakçısı olaraq, “Azərbaycan Bayrağı” ordeninin kavaleridir.

Emin Səfərov

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1556
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."