!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rektor möhürü götürüb, aradan çıxdı

!Reklam – Yazi

img1376426Lənkəran Dövlət Unversitetinin rektoru Asəf İsgəndərov rəhbərlik etdiyi ali məktəbin möhrünü götürərək, növbəti dəfə yoxa çıxıb.

Yenicag.az xəbər verir ki, bu haqda Avropa.info-ya Unversitetin müəllimləri məlumat verib. Müəllimlər bildiriblər ki, rektor Universitetin möhrünü də özü ilə apardığı üçün, mart ayının əmək haqqını və Novruz münasibəti ilə dövlət tərəfindən ayrılmış mükafatı ala bilmirlər.

“Rektor sənədlərə imza atmalıdır ki, əmək haqqımız bankomatlara yüklənsin. Onusuz heç kimin səlahiyyəti yoxdur ki, sənədlərə imza atsın, həm də möhürü də özü ilə apardığından bu mümkün olmur. Biz çətin durumdayıq. Onsuz da əmək haqlarımız 150 manat civarındadır. Onu da kreditə veririk.”

Qeyd edək ki, rektor Asəf İsgəndərovun Universitetin möhrünü götürərək yoxa çıxması ilk hadisə deyil. Bundan əvvəl də, Lənkəran Dövlət Universitetinin müəllim kollektivi Avropa.info-ya müraciət edərək, rektorun ötən ilin dekabr ayından xaricə getdiyini və geri qayıtmadığından iki ay maaş ala bilmədiklərini demişdilər.

Universitet kollektivi bidirir ki, mətbuatda bununla bağlı yazı gedəndən sonra, Asəf İsgəndərov ali məktəbə gəlib və iki ayın əmək haqlarını ala biliblər.

“Fevralda mətbuatda bununla bağlı yazılar gedəndən sonra, rektor gəldi və biz iki ayın əmək haqlarını ala bildik. İndi isə mart ayının 7-dən Asəf İsgəndərov məktəbin möhrü ilə birlikdə yenidən yoxa çıxıb. Biz də maaşlarımızı ala bilmirik. Bu nə vaxta kimi davam edəcək?”

Müəllimlər qeyd ediblər ki, maaşlarının verilməməsi hər hansısa iqtisadi böhranla əlaqəli deyil. Çünki , Unversitetlər əmək haqqlarını öz büdcələrindən ödəyirlər.

Mövzu ilə əlaqədar qarşı tərəfin və Təhsil Nazirliyinin də mövqeyini dərc etməyə hazırıq.

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv